Edu Oriol firma por el Khazar Lankaran

27/08/2013

"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirdi. İspan futbolçu Eduard Oriol Qrasiya bu gündən komandamızın şərəfini qoruyacaq.
 
26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"də oynayan Edu bu komandanın "Sequnda"ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselona"nın əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib. 
 
2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol "La Liqa"da çıxış edən "Real Saraqosa"nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bu gündən etibarən "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq.
 
Edu Oriolla "Xəzər Lənkəran" arasında iki il müddətinə müqavilə imzalanıb.

Volver al listado

Próximo encuentro

27/04/2024 - 18:30
cd leganes
REAL ZARAGOZA
Butarque
-
La Liga TV

Copyright © 2024 Pasión Zaragocista
Desarrollo: Efor Internet + Servicios tecnológicos
Todos los derechos reservados.
Todos los logotipos e iconos son propiedad del webmaster.
Los comentarios son propiedad del que los escribe.